SON DƏQİQƏ

Formula-2 üzrə birinci yarış başladı

Tarix:

27-04-2019, 12:35

/ 10 279 dəfə oxundu.
Formula-2 üzrə birinci yarış başladı

Aprelin 27-də Bakıda Formula-1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin ikinci günündə Formula-2 üzrə birinci yarış başlayıb.

GunAz.az xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 32 dövrə vuracaqlar.

Xatırladaq ki, ötən gün keçirilən Formula-2 üzrə birinci sərbəst yürüşdə “UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub. “Carlin” komandasından Nobuharu Matsuşita sərbəst yürüşü ikinci, “MP Motorsport”un sürücüsü Cordan Kinq isə üçüncü yerdə başa vurublar.

Sıralama turunda isə “Carlin” komandasının pilotu Nobuhari Matsuşita Bakıda qalib gəlib. “ART Grand Prix” komandasının sürücüsü Nik de Vries ikinci, “UNI Virtuosi” komandasının pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.

скачать dle 12.1

Şərhlər