SON DƏQİQƏ

Rusiyadan quş idxalına qadağa qoyuldu

Tarix:

26-04-2019, 21:04

/ 10 198 dəfə oxundu.
Rusiyadan quş idxalına qadağa qoyuldu

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Bu barədə agentlik məlumat yayıb.

Xəbərdarlıqda bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Çeçenistan və Stavropol diyarı ərazisində Nyukasl xəstəliyi qeydə alınıb:

“Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən Çeçenistanın və Stavropol diyarı ərazisindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”.

“Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün AQTA tərəfindən Çeçenistan və Stavropol diyarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycana gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub”, - deyə AQTA-da qeyd edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ