SON DƏQİQƏ

Ağdamda şəhid anasına ev tikildi

Tarix:

23-04-2019, 21:53

/ 10 184 dəfə oxundu.
Ağdamda şəhid anasına ev tikildi

Ağdamda 80 yaşlı şəhid anasına iki otaqlı mənzil tikilib.

GunAz.az ONA-ya istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsində şəhid olan Vaqif Əmrahovun 26 ildir tək yaşayan anasına yeni ev tikilib.

Q.Əmrahova açıqlamasında bildirib ki, 7 övladının 3-ü həyatını itirib. Digər övladları Bakı şəhərində yaşadığı üçün rayonu tərk etməyib. Hazırda Ağdam rayonunun cəbhə xəttində yerləşən Qaradağlı kəndində məskunlaşan şəhid anasının qonağı olan Ağdam rayon icra başçısı Vaqif Həsənov Q.Əmrahovanın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərib.

Məskunlaşdığı torpaq sahəsində yeni inşa olunan ikiotaqlı mənzildə tikinti işləri başa çatıb, son tamamlama işləri aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ