SON DƏQİQƏ
» » Evlərə verilən istilik bərpa ediləcək? - Açıqlama

Evlərə verilən istilik bərpa ediləcək? - Açıqlama

Tarix:

19-04-2019, 15:17

/ 10 263 dəfə oxundu.
Evlərə verilən istilik bərpa ediləcək? - Açıqlama

Hazırda havanın temperaturu kritik dərəcədə aşağı düşmədiyi üçün mərkəzləşmiş istilik sistemi bərpa edilmir.

Bunu GunAz.az-a Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O bildirib ki, havalar kəskin soyuyarsa, qanunvericiliyə uyğun olaraq, mənzillərə istilik verilməsi bərpa edilə bilər:

“Mərkəzləşmiş istilik hidrometoloji amillər nəzərə alınmaqla uzun illərin müşahidələrinə əsasən verilir. Ölkə ərazisində noyabrın 15-dən aprelin 15-ə kimi, dağlıq rayonlarda isə noyabrın 1-dən, aprelin 30-a kimi mərkəzi istilik verilir.

Qanunvercilikdə nəzərdə tutulub ki, havanın temperaturu indiki mövsüm üçün kritik dərəcədə olarsa, istilik bərpa edilə bilər. Əgər temperatur 5-8 dərəcə olarsa, istilik müddətinin müvəqqəti uzadılması barədə müvafiq qərar qəbul etmək olar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ