SON DƏQİQƏ
» » Telman İsmayılovun barəsində cinayət işi açılıb, 5 ilədək həbs cəzası ala bilər

Telman İsmayılovun barəsində cinayət işi açılıb, 5 ilədək həbs cəzası ala bilər

Tarix:

17-04-2019, 15:42

/ 10 246 dəfə oxundu.
Telman İsmayılovun barəsində cinayət işi açılıb, 5 ilədək həbs cəzası ala bilər

O, dələduzluqda, kreditorların ziyanına aktivlərin faktiki olaraq azaldılmasında və aktivlərin çıxarılmasında şübhəli bilinir Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli tanınmış rusiyalı iş adamı Telman İsmayılov İsveçrədə üç iqtisadi cinayətin törədilməsində şübhəli bilinir.GunAz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, artıq Telman İsmayılova qarşı cinayət işi başladılıb.
Telman İsmayılov dələduzluqda, kreditorların ziyanına aktivlərin faktiki olaraq azaldılmasında və aktivlərin çıxarılmasında şübhəli bilinir. Cinayəti sübuta yetiriləcəyi halda onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Rusiya mətbuatı yazır ki, İsveçrə hüquq-mühafizə orqanlarına müraciət edən “BM-bankın” versiyasına əsasən, İsveçrədə İsmayılovun zəmanəti altında borca götürülən və kreditorlara geri qaytarılmayan vəsaitin müəyyən hissəsi gizlədilə və yuyula bilər.

скачать dle 12.1

Şərhlər