SON DƏQİQƏ
» » Bu yollarda rənglənmə işləri aparılacaq – Diqqət

Bu yollarda rənglənmə işləri aparılacaq – Diqqət

Tarix:

16-04-2019, 13:03

/ 10 309 dəfə oxundu.
Bu yollarda rənglənmə işləri aparılacaq – Diqqət

Xan Şuşinski küçəsində xətlənmə işlərinə başlanılıb. Axşamdan etibarən isə başqa küçələrdə rənglənmə işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az-a verilən məlumat görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Xan Şuşinski küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək, həmçinin axşam saat 22:00-dan səhər saatlarına qədər Şəmsi Bədəlbəyli və Süleyman Rüstəm küçələrinin kəsişməsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçiriləcək.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

скачать dle 12.1

Şərhlər