SON DƏQİQƏ

Məktəbdə yıxılan şagird evə buraxıldı

Tarix:

12-04-2019, 14:39

/ 10 177 dəfə oxundu.
Məktəbdə yıxılan şagird evə buraxıldı

Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə yıxılaraq, xəsarət alan  7-ci sinif şagirdi Aqşin Hüseynzadə xəstəxanadan evə buraxılıb. 

Bununla bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov sosial şəbəkədə məlumat verib. 

“Hazırda Kliniki Tibbi Mərkəzinin 4-cü korpusundayam. 321 nömrəli məktəbin 7-ci sinif şagirdi Aqşin Hüseynzadənin yanındayam.

Hazırda evlərinə gedir. Həkimlərin rəyinə görə, sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək”.

13:48

Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdən müəllimin şagirdi döyməsi ilə bağlı xəbərə aydınlıq gətirilib.

Məktəbdən GunAz.az-a verilən məlumata görə, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb:

“Şagirdin halı pisləşdiyi üçün başı yerə dəyib. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideynlə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib”.

Məlumatda qeyd edilib ki, şagirdin güclü baş ağrıları olduğu üçün valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib: 

“Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”.

скачать dle 12.1

Şərhlər