SON DƏQİQƏ
» » Audio Virtual karabakhyuxarı “Diqlas”da zərər çəkənlərə ödənişlərin verilməsinə başlanır

Audio Virtual karabakhyuxarı “Diqlas”da zərər çəkənlərə ödənişlərin verilməsinə başlanır

Tarix:

4-04-2019, 14:54

/ 10 217 dəfə oxundu.
Audio      Virtual karabakhyuxarı “Diqlas”da zərər çəkənlərə ödənişlərin verilməsinə başlanır

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarlara yardım üzrə ödənişlərin verilməsi üzrə sənədlərin qəbuluna bu gündən başlanacaq. 

GunAz.az xəbər verir ki, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, ödəniş “Kapital Bank” və “Azərtürk Bank” vasitəsilə həyata keçiriləcək. 

Nazir qeyd edib ki, vəsait sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar kompensasiyadan xidmət haqqı tutmayacaqlar.

Ş.Mustafayev əlavə edib ki, 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində artıq yerləşdirilib:

“Bu günə olan məlumata görə, 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib. Kreditlə bağlı 14-15 milyon manat kredit tələbi ortaya çıxıb. Biz bu tələbi qarşılamağa hazırıq. Sahibkarların İnkişafı Fondunda vəsait var. 

İlkin olaraq  3 milyon manat ayrılıb. Hökumətdə yaradılmış komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək”, - deyə nazir qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ