SON DƏQİQƏ
» » Başqa ailələrin uşaqları qaçqın məktəblərinə qəbul edilməyəcək - AÇIQLAMA

Başqa ailələrin uşaqları qaçqın məktəblərinə qəbul edilməyəcək - AÇIQLAMA

Tarix:

29-03-2019, 10:12

/ 10 209 dəfə oxundu.
Başqa ailələrin uşaqları qaçqın məktəblərinə qəbul edilməyəcək - AÇIQLAMA

Ramana qəsəbəsində yerləşən qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün nəzərdə tutulan məktəblərə digər ailələrin uşaqları qəbul edilməyəcək.

Bu barədə GunAz.az-a Ramana qəsəbəsində yaşayan sakinlər məlumat verib.

Valideynlər uşaqlarını yaxınlıqda yerləşən qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan məktəbə yazdırmaq istədiklərini, lakin rəhbərlikdən icazə verilmədiyini deyiblər.  

Təhsil Nazirliyi GunAz.az-ın sorğusuna cavabında məlumatı təsdiqləyib:

“Məcburi köçkün məktəblərinə bütün siniflər üzrə digər rayonlardan olan uşaqların qəbul edilməsi ilə bağlı məhdudiyyət qoyulub. Bu məhdudiyyətin səbəbi isə ətrafda digər məktəblərin olmasıdır”.

Xatırladaq ki, qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün nəzərdə tutulan məktəblərə həm də ərazidə yaşayan digər uşaqlar qeydiyyata götürülürdü. Lakin artıq bu ilin sentyabr ayından etibarən ərazidə yaşamasından asılı olmayaraq, məcburi köçkün olmayan ailələrin uşaqlarının həmin məktəbə qeydiyyatı aparılmayacaq.

скачать dle 12.1

Şərhlər