SON DƏQİQƏ
» » Cəlilabadda 2 yaşlı uşaq batareya udaraq dünyasını dəyişib

Cəlilabadda 2 yaşlı uşaq batareya udaraq dünyasını dəyişib

Tarix:

27-03-2019, 19:43

/ 10 253 dəfə oxundu.
Cəlilabadda 2 yaşlı uşaq batareya udaraq dünyasını dəyişib

Cəlilabadda 2 yaşlı uşaq batareya udaraq dünyasını dəyişib.

Report xəbər verir ki, hadisə rayonunun Göytəpə kəndində qeydə alınıb. 

Belə ki, 2017-ci il təvəllüdlü Ağayev İbrahim Xalid oğlu yerdən götürdüyü köhnə batareyanı udub.

Yaxınlarının bildirdiyinə görə, martın 16-da baş verən bu hadisədən kimsənin xəbəri olmayıb. Uşağın günü-gündən zəiflədiyini və halının pisləşdiyini görən doğmaları onu Bakı şəhərindəki xəstəxanalardan birinə aparıblar. O vaxt artıq gec olub. Uşaq ötən gün Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim ailənin üçüncü övladı olub. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ