SON DƏQİQƏ
» » Sərnişin sıxlığının qarşısını almaq üçün Gəncədən gələn qatarların sayı artırıldı

Sərnişin sıxlığının qarşısını almaq üçün Gəncədən gələn qatarların sayı artırıldı

Tarix:

26-03-2019, 23:41

/ 10 240 dəfə oxundu.
Sərnişin sıxlığının qarşısını almaq üçün Gəncədən gələn qatarların sayı artırıldı

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin bitməsilə rayonlardan paytaxta gələn sərnişinlərin hərəkəti çoxalıb.

Respublikanın əsas dəmir yolu xətti olan Gəncə-Bakı istiqamətində sərnişin sıxlığını aradan qaldırılması məqsədilə respublikanın ikinci şəhərindən paytaxta hərəkət edən qatarların və onların  vaqonlarının sayı artırılıb. 

Belə ki, axşam və gecə qatarlarına əlavə vaqonlar qoşulub, habelə adi halda gündə bir dəfə yola çıxan Gəncə-Bakı-Gəncə elektrik sürət qatarları bayram günlərinin sonunda artıq sutkada iki dəfə xəttə çıxarılıb.

 Bir neçə gündən sonra qatarlar yenidən köhnə qrafik üzrə hərəkət edəcək.

 

скачать dle 12.1

Şərhlər