SON DƏQİQƏ

DİQQƏT - Sınaq imtahanı olacaq

Tarix:

4-03-2019, 13:31

/ 10 253 dəfə oxundu.
DİQQƏT - Sınaq imtahanı olacaq

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçiriləcək.

GunAz.az xəbər verir ki, sınaq imtahanında iştirak etmək istəyənlər 05 mart saat 10.00-dan 15 mart saat 17.00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 16 mart 2019-cu il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir.  

скачать dle 12.1

Şərhlər