SON DƏQİQƏ

Bu yollar yenidən qurulur

Tarix:

28-02-2019, 16:08

/ 10 318 dəfə oxundu.
Bu yollar yenidən qurulur

Binəqədi rayonu, 28 May qəsəbəsində yollar yenidən qurulur. 

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən GunAz.az-a verilən məlumata görə, bu yolların uzunluğu 1.4 km təşkil edir. Yol başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 22-ci km-dən götürür. 

 

Layihə çərçivəsində torpaq əsaslı yolun yararsız hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yollar boyu karbonat materialı tökülərək yol yatağı layihə hündürlüyünə qaldırılaraq profilə salınıb.

Ümumilikdə təmir-tikinti işlərinin aparıldığı ərazi 10 min kv.m-ə yaxındır.

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkilməklə yollar vətəndaşların istifadəsinə veriləcək. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər