SON DƏQİQƏ
» » Bayıl sürüşmə zonasının sakinləri ilə kompensasiya söhbəti olmayıb

Bayıl sürüşmə zonasının sakinləri ilə kompensasiya söhbəti olmayıb

Tarix:

26-02-2019, 20:32

/ 10 315 dəfə oxundu.
Bayıl sürüşmə zonasının sakinləri ilə kompensasiya söhbəti olmayıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bayıl sürüşmə zonasının sakinləri ilə görüşü zamanı kompensasiya barədə söhbət olmayıb.

Bu barədə komitədən GunAz.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qurumdan bildirilib ki, bu gün bəzi internet-media portalları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında evləri olan məcburi köçkünləri  qəbul etdiyi, onların şəxsi mülkləri hesab olunan evlərin söküntüsü baş tutacağı təqdirdə, kompensasiya ödəniləcəyini dediyi barədə məlumat yayıb:

“Bununla əlaqədar olaraq bildiririk ki, Dövlət Komitəsinin sədri həmin ərazidə evləri olan məcburi köçkünlərlə görüşüb, onların müraciətini dinləyib. 

Məcburi köçkünlərin yazılı müraciəti müvafiq qaydada qeydiyyata alınıb. Onlara evləri söküləcəyi təqdirdə kompensasiya ödəniləcəyi və məsələnin bu həftə ərzində öz həllini tapacağı barədə heç bir rəsmi cavab verilməyib”.

“Ümumiyyətlə, görüşdə kompensasiya barədə söhbət olmayıb”, - deyə komitədən qeyd edilib.

Qeyd edək ki, bəzi xəbər saytlarında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin bu gün Bayıl sürüşmə zonasının sakinləri ilə görüşü zamanı onların ev deyil, kompensasiya istəməsi barədə açıqlaması yayılıb.

скачать dle 12.1

Şərhlər