SON DƏQİQƏ
» » Dövlətdən uşaqlı ailələrə dəstək - 200 manat veriləcək

Dövlətdən uşaqlı ailələrə dəstək - 200 manat veriləcək

Tarix:

25-02-2019, 17:06

/ 10 328 dəfə oxundu.
Dövlətdən uşaqlı ailələrə dəstək - 200 manat veriləcək

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata çatdırılacaq.

GunAz.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı Sərəncamda qeyd olunub. 

Sərəncamda uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılmasının nəzərdə tutulduğu qeyd olunub. Qeyd edək ki, bu məbləğ hazırda 109 manat təşkil edir. 

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinətin məbləği 150 manata çatdırılacaq.

Qeyd edək ki, Azərbaycanda sosial müavinətlərin məbləği 2018-ci ildə 10 faiz artırılıb.

скачать dle 12.1

Şərhlər