
Ötən ildən axtarışda olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olan Salyan rayonu Yolüstü kənd sakini Türkel Ağarzalı saxlanılıb.
O, İsmayıllı RPŞ-yə gətirilib və istintaqa təhvil verilib.