SON DƏQİQƏ

Hindistan Azərbaycan rəssamlarının GÖZÜ İLƏ

Tarix:

18-02-2019, 08:10

/ 10 496 dəfə oxundu.
Hindistan Azərbaycan rəssamlarının GÖZÜ İLƏ

  Hindistanın Azərbaycandakı Səfirliyində Hindistanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən “Hindistan Azərbaycan Rəssamlarının Gözü İlə” adlı sərgi-tədbirin layihə rəhbəri Elnurə İsgəndərova təşkilatçısı isə Aygün İsgəndərova idi.   

Sərgi-tədbiri giriş sözü ilə Hindistanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Govindan Pacheni açaraq bugünkü sərginin hər iki ölkənin mədəni əlaqələrinin daha  da inkişaf etməsində önəmli rol oynadığını və gələcəkdə də bu ənənənin davamlı olmasını vurğulayaraq sözü Elnurə İsgəndərovaya verdi. O da öz növbəsində fəxri qonaqları və iştirakçıları salamladı və bu sərgini ərsəyə gətirməkdə məqsədimiz ən qədim sivilizasiyalardan biri olan Hindistanın və Şərqin qapısı adlanan Azərbaycanın - hər iki qədim və zəngin tarixi - mədəni irsə sahib olan ölkələrin mədəniyyətlərinin daha dərindən öyrənilməsi və təbliğinə öz tövhəmizi verməkdir. Layihə rəhbəri və təşkilatçı olaraq bu möhtəşəm sərgi-tədbiri ərsəyə gətirməkdə dəstək olan Azərbaycan Rəssamlar İttifaqına və Hindistanın Azərbaycandakı Səfirliyinə təşəkkürümüzü bildiririk. Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının Qrafika şöbəsinin rəhbəri, xalq rəssamı, professor Arif Hüseynov isə Hindistanın Azərbaycandakı Səfirliyində bir ilk olan bu sərgi-tədbirin çox uğurlu alındığını və bu tədbirin iki ölkə arasında mədəni təbliğatın çox vacib bir amil olduğundan söz açdı.   
Tədbirdə təsviri sənətin bütün növləri üzrə 100 rəssam 100-dən çox işi ilə qatılmışdır.  Sonda iştirakçılar diplom və təşəkkürnamələrlə təltif olundular.

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər