SON DƏQİQƏ

Cavid Qurbanov İrana səfər edəcək

Tarix:

8-02-2019, 14:38

/ 10 334 dəfə oxundu.
Cavid Qurbanov İrana səfər edəcək

“Azərbaycan dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov yaxın vaxtlarda İrana səfər edəcək.

GunAz.az “Report”a istinadla xəbər verir ki, bunu brifinq zamanı İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.

O deyib: “Rəsmi dəvət çatdırılıb. Səfərin əsas gündəmini Azərbaycanın İrandakı inftrastruktur layihələrdə, o cümlədən “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt – Astara dəmir yolunun tikintisində iştirakı məsələləri təşkil edəcək. Azərbaycan bu layihəyə maraq göstərir”.

Diplomat səfər çərçivəsində sözügedən yolun tikintisinə Azərbaycan tərəfindən kredit verilməsinin müzakirə olacağını istisna etməyib.

C.Cahangirzadə hazırda Astara stansiyasındakı tikinti işlərinin üçdə birinin tamalandığını diqqətə çatdırıb: “İstər Azərbaycanda, istərsə də İranda bu dəmir yolunun tikintisinə ciddi maraq var. Stansiya tikilib qurtarandan sonra Rəşt – Astara dəmir yolunun tikintisinə başlayacağıq”.

скачать dle 12.1

Şərhlər