SON DƏQİQƏ

Qısa müddətdə dəyişən TALE

Tarix:

6-02-2019, 09:30

/ 10 377 dəfə oxundu.
Qısa müddətdə dəyişən TALE

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Rövşən oğlu Salahov bundan əvvəl Xəzər rayon sabiq icra başçısı Gülağa İslamovun birinci müavini vəzifəsində çalışıb.

GunAz.az xəbər verir ki, E.Salahov 5 sentyabr 2018-ci ildə birinci müavin təyin edilib. Buna qədər isə Xəzər Rayon İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri olub.

Elşən Salahovun atası Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovdur. Elşən Salahov əvvəllər Standart KB-də işləyib.

G.İslamov vəzifədən azad ediləndən sonra E.Salahov başçı vəzifəsini icra edirdi.

Qeyd edək ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Prezidentin sərəncamı ilə dekabrın 21-də vəzifəsindən azad edilib.

Beləliklə, 5 sentyabrda birinci müavin olan E.Salahov düz 5 aydan sonra 5 fevralda icra başçısı təyin edildi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ