SON DƏQİQƏ

Sabah hava necə olacaq? - PROQNOZ

Tarix:

1-02-2019, 13:20

/ 10 235 dəfə oxundu.
Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 2-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 2-3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ