SON DƏQİQƏ

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ

Tarix:

28-01-2019, 15:07

/ 10 287 dəfə oxundu.
Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bölgələrdə yanvarın 28-i axşam, 29-da havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 28-i axşam, 29-da qərb küləyinin bəzi rayonlarda arabir 15-20 m/s olacağı, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ