SON DƏQİQƏ

Emin Ağalarov qızına nadir ad verib

Tarix:

23-01-2019, 13:50

/ 10 303 dəfə oxundu.
Emin Ağalarov qızına nadir ad verib

Cütlük körpəni hərb, zəfər, müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsinin şərəfinə belə adlandırıb

Azərbaycanın xalq artisti Emin Ağalarov yeni doğulmuş qızına nadir adlardan birini verib – Afina. Turkustan.info Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Emin Ağalarov-Alyona Qavrilova cütlüyü körpəni qədim yunan mifologiyasındakı hərb, zəfər, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsinin şərəfinə belə adlandırıb.

Hazırda müğənni öz zövcəsi ilə birlikdə vaxtının çox hissəsini körpəyə həsr edir. Ağalarovun qızı Yeni ilə bir neçə saat qalmış dünyaya göz açıb.

Emin Ağalarovla Alyona Qavrilovanın toyu 14 iyul 2018-ci ildə olub. Toy mərasimi Ağalarovların Moskvadakı obyektlərindən birində keçirilib. Mərasimdə dünyanın müxtəlif ölkələrindən məşhur insanlar, eləcə də cütlüyün doğma və yaxınları iştirak ediblər. Toya, həmçinin rus estrada ulduzları Valeri Meladze, Zara, Vadim Vernik, Sergey Kojevnikov, Katya Lel, Denis Klyaver, Olqa Orlova və digərləri qatılıb.

Emin Ağalarov “World Music Awards”, “Azərbaycandan olan ən yaxşı ifaçı”, “Qızıl qrammafon”, “MUZ-TV Mükafatı” və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir.

Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə də var. Ağalarov, həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

скачать dle 12.1

Şərhlər