SON DƏQİQƏ
» » Özbəkistanın “Dunyo boylab” telekanalı Azərbaycana dair geniş veriliş yayımlayıb.

Özbəkistanın “Dunyo boylab” telekanalı Azərbaycana dair geniş veriliş yayımlayıb.

Tarix:

21-01-2019, 17:13

/ 10 251 dəfə oxundu.
Özbəkistanın “Dunyo boylab” telekanalı Azərbaycana  dair geniş veriliş yayımlayıb.

 

Özbəkistanın “Dunyo boylab” telekanalının Özbək dilində redaksiyası xarici ölkələrinin mədəniyyətinə həsr olunan proqramlar silsiləsindən Azərbaycana dair “Kamalakdek Serjilo” adlı veriliş yayımlayıb.

GunAz.az bildirir ki, veriliş ötən ilin iyul ayında Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycana reallaşdırılmış  “Mediatur” zamanı lentə alınmışdır.

Verilişin müəllifi Özbək jurnalist Gülsarə Saqatxanova  öncə Azərbaycan haqqında geniş məlumat verərək, ölkəmizin Qafqazın parlayan ulduzu, abad və stabil inkişaf edən məmləkətə  çevrildiyini qeyd edir.

Proqramda öz gözəlliyi və böyüklüyü ilə regionda fərqlənən paytaxt Bakı şəhəri, onun tarixi, görməli yerləri haqqında söhbət açılıb. Müəllif, “Şəhidlər Xiyabanı”, “Əbədi alov” abidəsi, paytaxtın dənizkənarı parkdan görünüşünü şərh edərək, YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmiş “İçəri şəhər”, “Qız qalası” və başqa memarlıq abidələri haqqında məlumat verib.

Aparıcı Gülsarə Saqatxanova  Azərbaycan xalqının zəngin mədəniyyətini, tarixini və istedadını nümayiş etdirən Azərbaycan xalçalarına verilişdə xüsusi yer ayırıb, Xalça muzeyində ölkəmizin regionlarına xas olan xalçaları nümayiş etdirərək onların fərqli xüsusiyyətlərini izah edib.

Azərbaycan tarixinə işıq salan Dövlət tarix Muzeyi və onun eksponatları verilişdə xüsusi işıqlandırılmışdır. Muzeyin tarixi barədə danışan jurnalist burada 300-ə yaxın eksponatın saxlanıldığını və Muzeyin kitabxanasının  olduğunu söyləyir.

Bakı şəhərində “Venesiya şəhərciyi”ni xüsusi maraqla təqdim edən Özbək kanalı
XX əsrin 50-ci illərində yaradılan bu ecazkar məkanın şəhərin istirahət marşurutları içərisində turistləri özünə cəlb etdiyini qeyd edir.

Müəllif Gülsarə Saqatxanova Azərbaycanın regionları, habelə gözəl təbiəti, füsunkar iqlimi ilə turizm mərkəzinə çevrilən İsmayıllı rayonuna səfərdən söhbət açır. İsmayıllı rayonunda yerləşən və sənətkarlığın mərkəzi olan Lahıc qəsəbəsinə səyahəti geniş işıqlandıran müəllif qeyd edir ki, azərbaycanlılar Lahıcı məmləkətin misgərlik səltənəti adlandırırlar.

Özbəkistanın “Dunyo boylab” telekanalı Azərbaycana  dair geniş veriliş yayımlayıb.

 

 

Özbəkistanın “Dunyo boylab” telekanalı Azərbaycana  dair geniş veriliş yayımlayıb.

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ