SON DƏQİQƏ
» » Bu saatda daha ŞİDDƏTLİ KÜLƏK OLACAQ - RƏSMİ

Bu saatda daha ŞİDDƏTLİ KÜLƏK OLACAQ - RƏSMİ

Tarix:

17-01-2019, 12:42

/ 10 282 dəfə oxundu.
Bu saatda daha ŞİDDƏTLİ KÜLƏK OLACAQ - RƏSMİ

Bu gün günün ikinci yarısından sonra şimal-qərb küləyinin sürəti 33-38 m/ saniyəyədək qalxacaq.

GunAz.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

G.Məmmədova qeyd edib ki, gün ərzində küləyin sürəti axşama doğru daha da sürətlənəcək: “Əsasən güclü külək dənizdə və havanın yuxarı qatında müşahidə edilir. Biz məlumatı yayan zaman da bildirmişdik ki, ən güclü külək dənizdə müşahidə ediləcək. Səhər saatlarından etbarən dənizdə güclü küləklə əlaqədar dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Gün ərzində küləyin zəifləməsi gözlənilmir. Külək ancaq sabah günorta saatlarına doğru nisbətən zəifləyəcək”.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında bu gün şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi proqnozlaşdırılıb. Temperaturun anomal gedişi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ