SON DƏQİQƏ

Yol polisindən sürücülərə MÜRACİƏT

Tarix:

16-01-2019, 16:01

/ 10 253 dəfə oxundu.
Yol polisindən sürücülərə MÜRACİƏT

Hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməldir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir.

GunAz.az xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, hava şəraitindən asılı olaraq sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir:

“Hava şəraitindən asılı olaraq, yollarda sürüşmə ehtimalı arta bilər. Mümkün qədər yol hərəkəti qaydalarına əməl etmək, nizam-intizamlı olmaq lazımdır”.

V.Əsədov piyadalara da müraciət edərək qeyd edib ki, onlar xüsusi olaraq piyadalar üçün ayrılan zolaqla hərəkət etməlidirlər:

“Piyadalar bütün təhlükəsizlik qaydalara riayət etməlidirlər”.

DYP sözçüsü onu da bildirib ki, yol polisi gücləndirilmiş iş rejimində çalışacaq:

“Enişli, yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürüləcək. Yol birləşmələrində hərəkəti nizamlamaq üçün əməkdaşlarımız nizamlayıcı qismində olacaq. Ona görə sürücülər nizamlayıcının hərəkətlərinə diqqət yetirməlidirlər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ