SON DƏQİQƏ
» » Kişiləri içəridən əzən gizli fikirlər... - Psixoloq

Kişiləri içəridən əzən gizli fikirlər... - Psixoloq

Tarix:

9-01-2019, 14:33

/ 10 314 dəfə oxundu.
Kişiləri içəridən əzən gizli fikirlər... - Psixoloq

Yəqin bir çoxumuz "kişilər ağlamaz", "kişilər zəif olmaz", "kişi niyə depressiyaya düşsün ki" tipli fikirləri eşitmişik. Kişilərin üzərinə belə məsuliyyət qoymaq düzgündürmü?

Teleqraf.com-un sualını psixoloq Təhminə Çələbi cavablandırıb.

Onun sözlərinə görə, depressiya ciddi diaqnozdur. Yaşından asılı olmayaraq hər bir insan depressiyaya düşə bilər: "Onu ortaya çıxaran amillər sırasında travmatik hadisələrlə yanaşı stresli situasiyalar da var. Belə situasiyalarda emosiyalarımızı yaşamır, onu daxilimizdə saxlayırıq. Bu da stressə gətirib çıxarır.

Stresdən bir müddət keçir və depressiya yaranır. Depressiyanın yaranma səbəbləri çox olsa da, onlardan biri də budur.

Kişilər ağlamaz deyirik. Halbuki cinsindən asılı olmayaraq istənilən insan ağlayıb emosiyalarını sakitləşdirməsə, bu, depressiyaya yol aça bilər".

Psixoloq bu məsələnin bizdə mental dəyər kimi qəbul olunduğuna diqqət çəkib: "Bəzən oğlan uşaqlarını belə yanlış fikirlə böyüdürlər. Depressiyaya düşmək, ağlamaq cəsarətsizlik yox, hislərin izharıdır. Yəni insan hansısa coşqun hisləri, emosiyaları yaşayanda ağlayır. Bu, sevincdən də ola bilər, kədərdən də. Emosiyalar cinsiyyətə görə dəyişmir.

Oğlan uşaqlarına emosiyasını büruzə vermək yasaq hesab olunsa, yaxud onlar belə fikrin təlqini ilə böyüsələr yetkin yaşa çatandan sonra depressiyaya meylli ola bilərlər. Biz bu kəlmələrlə kişilərə çox böyük məsuliyyət yükləyirik.

Misal üçün, 3-5 yaş arası oğlan uşaqlarına da "sən kişisən, ağlama" deyirik. Halbuki 3 yaşında olan uşaq nə kişi, nə də qadındır, o, sadəcə uşaqdır.

Kişilər ağlamaz və ya kişilər depressiyaya düşməz fikirləri olduqca yanlışıdır. Kişilərin onsuz da təbiətdən gələn enerjiləri var, onlar çətin vəziyyətdən çıxış yolu tapır, daha çox müdafiəçi rolunda olurlar. Onların qadın və uşaqları qoruyan sosial rolları var. Təəssüf ki, bəzən kişilər məhz bu fikrin qurbanına çevrilirlər..."

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ