SON DƏQİQƏ

İş axtaranların NƏZƏRİNƏ!

Tarix:

7-01-2019, 15:19

/ 10 289 dəfə oxundu.
İş axtaranların NƏZƏRİNƏ!

Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib.

GunAz.az xəbər verir ki, müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 31.01.2019-cu il saat 10:00-dan 20.02.2019-cu il saat 24:00-dək həyata keçiriləcək. Müsabiqədə iştirak etmək üçün mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır)tələb olunur. Müsabiqədə yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir)iştirak edə bilərlər. əlavə məlumat üçün bu linkə (http://www.taxes.gov.az/modul.php?name=musabiqe&news=101)keçid edə bilərsiniz.

скачать dle 12.1

Şərhlər