SON DƏQİQƏ

Kənd Təsərrüfatı Nazirliyində YENİ TƏYİNAT

Tarix:

7-01-2019, 12:29

/ 10 302 dəfə oxundu.
Kənd Təsərrüfatı Nazirliyində YENİ TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

GunAz.az Report-a istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə direktor təyin edilib.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb və tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və ləğv edilən 26 MMC daxildir.

Anar Hüseynov məlumatı təsdiqləyib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası isə Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ