SON DƏQİQƏ

Bakıda güclü küləyin fəsadları – FOTO

Tarix:

5-01-2019, 14:39

/ 10 252 dəfə oxundu.
Bakıda güclü küləyin fəsadları – FOTO

Ötən gün axşam saatlarından əsməyə başlayan güclü külək Bakıda bir sıra fəsadlar törədib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində GunAz.az-a verilən məlumata görə, külək Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb.

İnsident nəticəsində Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb.

Agentliyin əməkdaşları aşan lövhəni ərazidən kənarlaşdırıblar.

 

 

 

скачать dle 12.1

Şərhlər