SON DƏQİQƏ

Güclü küləyin fəsadları

Tarix:

31-03-2018, 20:47

/ 10 384 dəfə oxundu.
Güclü küləyin fəsadları

Güclü külək gecə bir neçə ərazidə fəsadlar törədib.

Gunaz.az xəbər verir ki, paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində 3 yük avtomobili güclü küləyin təsirindən yol kənarına aşıb. Bakı-Qazax yolunda iki qoşqulu yük avtomobilinin aşması nəticəsində xəsarət alan olmayıb, digər hadisədə isə sürücü xəsarət alıb.

Hövsan qəsəbəsində isə güclü külək hündürmərtəbəli binanın damını uçuraraq həyətə atıb. Xoşbəxtlikdən hadisə vaxtı binanın həyətində kimsə olmayıb.

Qeyri-sabit və küləkli hava nəticəsində yol təsərrüfatına da ciddi ziyan dəyib. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən verilən məlumata görə, Bakı şəhərinin küçə və prospektlərində, o cümlədən respublikanın avtomobil yollarında quraşdırılmış yol nişanları və məlumatverici lövhələr küləyin təsirindən aşıb.

Yol təsərrüfatına ən böyük ziyan Bakı Dairəvi-1 avtomobil yolunda, İnşaatçılar prospekti "Statistika dairəsi" və Bakı Olimpiya stadionunun yaxınlığında quraşdırılmış məlumat lövhələrinin aşması ilə dəyib. Ümumilikdə, ilkin hesablamalara görə, dəymiş ziyanın məbləği 35 min manata yaxındır.

Sinoptiklərin proqnozlarına görə isə, bu gündən etibarən ölkə ərazisində güclü külək müşahidə edilməyəcək.

Sabahdan etibarən isə Abşeron yarımadası və bölgələrdə havanın temperaturu yüksələcək.

Bu günlər ərzində bölgələrdə də havanın temperaturu yüksələcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ