SON DƏQİQƏ

Bayram günlərində hava necə olacaq?

Tarix:

27-12-2018, 15:12

/ 10 204 dəfə oxundu.
Bayram günlərində hava necə olacaq?

Azərbaycanda bayram günlərinə olan hava proqnozu məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az -a verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq:

“Əsasən, yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq”.

Məlumatda qeyd edilib ki, yanvarın 1-də gün ərzində mülayim, əsasən, yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

скачать dle 12.1

Şərhlər