SON DƏQİQƏ
» » “Erməni mafiyası Avropa ölkələrində kök atıb” – Şərh

“Erməni mafiyası Avropa ölkələrində kök atıb” – Şərh

Tarix:

25-12-2018, 18:18

/ 10 202 dəfə oxundu.
“Erməni mafiyası Avropa ölkələrində kök atıb” – Şərh

“Biz Almaniyada erməni mafiyasının növbəti dəfə ifşasının şahidi olduq. Onların hətta Ermənistan siyasi hakimiyyətində təmsil olunan bəzi şəxslərlə bağlılığını, gizli əlaqəsini, cinayət işbirliyini sübut edən daha bir faktı gördük”.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, bir neçə həftə əvvəl Almaniya polisi bu ölkədə erməni mafiyasının cinayətləri və bu cinayətlərdə Ermənistanın hətta diplomatik dairələrinin də ciddi iştirakı ilə bağlı çox mühüm faktlar ortaya çıxarmışdı:

“Hətta bu məlumatların əksini tapdığı “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmin noyabrın 7-də Almaniyanın “MRD” televiziyasında yayımlanacağının anonsu da verilmişdi. Ancaq elə həmin gün erməni mafiyasının təsiri altında Berlin məhkəməsinin qərarı ilə filmin nümayişi müvəqqəti olaraq dayandırıldı. Bu gün də erməni mafiyasının mərc oyunlarında cinayət əməllərinin üzə çıxması bu ölkədə, eləcə də Avropanın digər dövlətlərində erməni mafiyasının çox geniş kök atdığını və hətta həmin ölkələrdə siyasi hakimiyyət dairələri ilə də gizli işbirliyi qurmağa çalışdığını sübut edir”.

A.Quliyevin fikrincə, Ermənistan dövləti ilə Avropanın gələcək münasibətlərinin müəyyənləşməsində bu amil də çox böyük rol oynayacaq:

“Çünki ortada artıq real və dəqiq faktlar var ki, Avropada fəaliyyət göstərən erməni cinayət mafiyasının uzantıları Ermənistanın siyasi hakimiyyət təmsilçilərinədək uzanır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ