SON DƏQİQƏ
» » Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

Tarix:

25-12-2018, 17:05

/ 10 423 dəfə oxundu.
Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

Müşfiq Ələsgərli: «BJF-in təsis etdiyi "Beynəlxalq media vəsiqəsi" dünyada qəbul edilən tanıtım nişanıdır»

 

GunAz.az-ın məlumatına görə Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi "Beynəlxalq media vəsiqəsi" (İnternational Press Card) təqdim edilib. Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.

 

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, BJF-in təsis etdiyi "Beynəlxalq media vəsiqəsi" jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir: "Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir". Məlumat üçün bildirək ki, "Beynəlxalq media vəsiqəsi" BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında: - Jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək, - BJF-nin müəlliflik etdiyi "Jurnalistlər üçün Etik Kodeks"ə sayqılı yanaşmaq, - BJF-nin yerli təmsilçi təşkilatına üzv olmaq və onunla sıx əməkdaşlıq etmək və sair kimi məqamlar daxildir. Yerli üzv təşkilata (Azərbaycanda JuHİ) üzv olduqdan sonra vəsiqə üçün müraciət etmək statusu yaranır. JuHI üzvü olmaq istəyənlər təşkilatın ofisinə müraciət edə bilərlər.

 

Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında:

 

- Jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək,

 

- BJF-nin müəlliflik etdiyi "Jurnalistlər üçün Etik Kodeks"ə sayqılı yanaşmaq,

 

- BJF-nin yerli təmsilçi təşkilatına üzv olmaq və onunla sıx əməkdaşlıq etmək və sair kimi məqamlar daxildir.

2018-ci ilin sonu üçün "Beynəlxalq media vəsiqəsi" BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə Rumiyyə Tağızadə, Nərgiz Cavadzadə, Telman Məmmədov, Fəridə Ağazadə, Anar Məsimov, Əlisəfa Həsənov və Rauf Rəcəbova verilib.

 

Cavanşir QƏDİMOV

Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

 

Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

 

Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

 

Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

 

Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ