SON DƏQİQƏ

Yaradıcı oxucularımız

Tarix:

25-12-2018, 16:19

/ 10 313 dəfə oxundu.
Yaradıcı oxucularımız

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin “Bəşəri zəkanın rus dahiləri” kitabı işıq üzü gördü. Kitab YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi və MDB-nin Kitab Yayımı Assosiasiyasının loqoları altında nəşr olunub.

Topluda böyük rus yazıçıları L.N.Tolstoyun, A.P. Çexovun, A.S.Qriboyedovun, M.Qorkinin, V.V. Mayakovskinin, habelə tanınmış rus pedaqoqları A.S. Makarenko, D.K.Uşinski, A.O. Çernyayevski, A.V. Suxomlinski haqqında esselər və elmi tədqiqat yazıları verilib.

Kitabda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunun müəllif Reyhan Mirzəzadəyə ünvanladığı 19 oktyabr və 6 noyabr 2018-ci il tarixli təbrik-təşəkkür məktublarının surəti verilmişdir. Məktublarda dahi rus yazıçısı Lev Tolstoy və tanınmış rus pedaqoqları A.O. Çernyayevski, A.V. Suxomlinskiyə və s. həsr olunmuş elmi məqalələrə və tədqiqatlara yüksək qiymət verilir.

Bu müəllifin rus klassikləri haqqında sayca 6-cı kitabıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ