SON DƏQİQƏ
» » Qubada itkin düşən gənc tapılaraq ailəsinə təhvil verilib

Qubada itkin düşən gənc tapılaraq ailəsinə təhvil verilib

Tarix:

24-12-2018, 12:47

/ 10 307 dəfə oxundu.
Qubada itkin düşən gənc tapılaraq ailəsinə təhvil verilib

On yeddi gün əvvəl itkin düşən Quba rayon sakini tapılaraq ailəsinə təhvil verilib.

GunAz.az bildirir ki,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabrın 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs dekabrın 22-də Bakı şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.

скачать dle 12.1

Şərhlər