SON DƏQİQƏ

Bu gün ölkədə ən uzun gecə olacaq

Tarix:

22-12-2018, 00:23

/ 10 217 dəfə oxundu.
Bu gün ölkədə ən uzun gecə olacaq

Bu gün ölkədə ən uzun gecə gecə müşahidə ediləcək.

Bunu GunAz.az-a AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-i də isə ən qısa gündüz olacaq.

X.Mikayılov bildirib ki, həmin vaxtdan başlayaraq, 6 gün ərzində - dekabrın 21-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq. Həmin müddətdə gecələrin uzunluğu 14 saat 43 dəqiqə, gündüzlərin uzunluğu 9 saat 17 dəqiqə olacaq.

скачать dle 12.1

Şərhlər