SON DƏQİQƏ

Zakir Həsənov hərbi liseyə baş çəkdi

Tarix:

20-12-2018, 20:30

/ 10 319 dəfə oxundu.
Zakir Həsənov hərbi liseyə baş çəkdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevintapşırığına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.

Bu barədə GunAz.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə naziri inşaatla bağlı əvvəl verilən tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret göstərişlər verib.

Kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılmasının vacibliyini bir daha vurğulayan general-polkovnik Z.Həsənov gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlərin həllinə dair müvafiq tapşırıqlar verib.

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər