SON DƏQİQƏ
» » Bakıda saxlanılan keçmiş qırğız məmur vətəninə qaytarılacaq

Bakıda saxlanılan keçmiş qırğız məmur vətəninə qaytarılacaq

Tarix:

5-12-2018, 18:22

/ 10 273 dəfə oxundu.
Bakıda saxlanılan keçmiş qırğız məmur vətəninə qaytarılacaq

Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusovun Bişkekə qaytarılması ilə bağlı müvafiq prosedur məsələlərini yerinə yetirmək üçün yaxın vaxtda Bakıya müstəntiqlər qrupu göndəriləcək.

GunAz.az Report-a istinadən xəbər verir ki, Qırğız Respublikası mətbuatında yayılan məlumata görə, bunu ölkənin Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətindən bildirilib.

Həmçinin bu şəxsin Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıldığını təsdiqlənib.

Qırğız Respublikasında 2013-2016-cı illərdə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Ədəmqul Junusov Cinayət Məcəlləsinin xidməti 304-cü maddəsi (vəzifəsindən sui-istifadə) ilə ittiham olunur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ