SON DƏQİQƏ
» » “Qırmızı kitab”a düşən quşları ovladılar, cəzalandırıldılar

“Qırmızı kitab”a düşən quşları ovladılar, cəzalandırıldılar

Tarix:

4-12-2018, 16:20

/ 10 253 dəfə oxundu.
“Qırmızı kitab”a düşən quşları ovladılar, cəzalandırıldılar

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu ərazisində keçirilən reydlər nəticəsində üç ədəd ov tüfəngi, 38 ədəd patron və iki ədəd “Qırmızı kitab”a düşmüş turac quşu götürülüb.

DİN-in mətbuat xidmətindən GunAz.az -a verilən məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

İdarə əməkdaşları tərəfindən dəniz kənarında fəaliyyət göstərən və sanitariya qaydalarına riayət etməyən, ətraflarında tullantılar olan bir neçə obyektlə bağlı da müvafiq tədbirlər görülüb.  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ