SON DƏQİQƏ
» » “Adlar və soyadlar haqqında” qanun layihəsi gündəmdən çıxarılıb?

“Adlar və soyadlar haqqında” qanun layihəsi gündəmdən çıxarılıb?

Tarix:

1-12-2018, 14:30

/ 10 451 dəfə oxundu.
“Adlar və soyadlar haqqında” qanun layihəsi gündəmdən çıxarılıb?

“Adlar və soyadlar haqqında” qanun layihəsi komitəmizin gündəmindədir. Bu məsələ gündəmdən çıxarılmayıb. Çünki belə bir qanuna ciddi ehtiyac var.

Bunu GunAz.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

O, bildirib ki, bu məsələ 1990-cı illərdən bu yana artıq  neçə illərdir müzakirə və mübahisə mövzudur.

Onun sözlərinə görə, cəmiyyətin böyük əksəriyyəti adlarla və soyadlarla bağlı məsələnin hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı qanunvericilik aktının qəbulu istəyir.

Hələ illər öncə də özünün bu yöndə qanun layihəsi hazırladığını bildirən komitə sədri hesab edir ki, onun bir daha təkmilləşdirilərək, gələcəkdə müzakirələrə təqdim edilməsi mümkün ola bilər.

O qeyd edib ki, bu məsələni Nazirlər Kabinetinin əsasnaməsi, hansısa təlimatı ilə tənzimləmək olmaz:

“Hesab edirəm ki, bu məsələni ancaq qanunla tənzimləmək olar. Bu baxımdan da, adlarla və soyadlarla qanun olmalıdır. Ona görə bu məsələ komitəmizin gündəmindədir, gündəmdən çıxarılmayıb. Nə zaman məqsədəuyğun sayılsa, o zaman da müzakirələrə çıxarılacaq və plenar iclasa tövsiyə ediləcək. Bütün hallarda belə bir qanuna ehtiyac var”.

Komitə sədri soyad sonluqları ilə bağlı müxtəlif variantların olduğunu söyləyib və əlavə edib ki, soyadlar şəkilçisiz, həmçinin, “lı,li, lu, lü” və ya “zadə”, “soy” formasında da ola bilər:

“Amma bunlar ilkin variantlar, təkliflərdir və onlar müzakirələr zaman tam konkretləşdirilə bilər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ