SON DƏQİQƏ

Qeyri-adi tapança - 449 dollara

Tarix:

16-11-2018, 09:41

/ 10 298 dəfə oxundu.
Qeyri-adi tapança - 449 dollara

“Axon” şirkəti “Pulse +” adlı innovativ elektroşok silahı hazırlayıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yeni qurğu polisi müstəqil çağıracaq. Bu isə atəş açılandan sonra baş verəcək.

Məlumata görə, silahdan istifadə zamanı onu istifadəçi smartfonu ilə sinxronlaşdırmaq tələb olunur. Atəş zamanı qurğu smartfonun polislə əlaqə yaratması və xilasetmə xidmətinə istifadəçinin olduğu yer haqqında geolokasiya məlumatlarının göndərilməsi üçün siqnal ötürəcək.

Bildirilir ki, elektroşok silahının hədəfi vurma radiusu 4,5 metr təşkil edir. İlkin modelin qiyməti 449 dollara bərabərdir. İstehsalçı şirkət atəşdən sonra hadisə yerində qalan silahın yenisi ilə əvəzlənməsinə zəmanət verir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ