SON DƏQİQƏ

Narkotik gətirən şəxs gömrükdə yaxalandı

Tarix:

31-10-2018, 16:40

/ 10 246 dəfə oxundu.
Narkotik gətirən şəxs gömrükdə yaxalandı

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən GunAz.az -a verilən məlumata görə, saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən narkotik vasitələr aşkar edilib. 

Belə ki, onun əynindəki gödəkçənin sağ iç cibində kağız bükülünün içərisindən, ümumi çəkisi 1.525 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 1.021 qram, 1 ədəd kibrit qutusunun içərisindən çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 3.957 qram olan narkotik vasitə - marixuana, sellofan bükümdə isə təmiz çəkisi 1.310 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ