SON DƏQİQƏ

Skandinaviyalı gənclər Azərbaycanda

Tarix:

29-10-2018, 16:22

/ 10 440 dəfə oxundu.
Skandinaviyalı gənclər Azərbaycanda

 

Bakı Azərkitab Kitab Təbliğatı Mərkəzində "Skandinaviya- Azərbaycan əlaqələrində gənclərin rolu" mövzusunda konfrans keçirildi.

Oktyabrın 29-da Umaf Gənclər Təşkilatının sədri Siyavuş Derakhti və Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyevin təşkilatçılığı ilə İsveç krallığında, Norveçdə və ABŞ-da yaşayan 20-dən çox gənc Azərbaycan Respublikasına səfərə gəlmişdi. Bu səfərin əsas məqsədi ilk öncə, Azərbaycanı tanıtmaq, gənc və müstəqil dövlətin yeritdiyi daxili və xarici siyasətin mahiyyətini, onun iqtisadi, turizm potensialını, tarixini, mədəniyyətini, idmanını, ən əsas isə gənclərin necə yaşamasını, təhsil almasını Avropa, Amerika və dünyanın başqa dövlətlərindən gəlmiş gənclərə göstərməkdən ibarətdir.

Tədbirdə "Azərkitab Kitab Təbliğatı Mərkəzi"nin direktoru Misirxan Həsənov, Umaf Gənclər Təşkilatının sədri Siyavuş Derakhti, Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyev və başqa qonaqlar iştirak etdilər.

Tədbiri çıxış sözü ilə açan "Azərkitab Kitab Təbliğatı Mərkəzi"nin direktoru Misirxan Həsənov vurğuladı ki, Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasət, ölkəmizdə olan iqtisadi inkişaf, tarixi həqiqətlərin gənclər vasitəsi ilə dünyaya yayılması olduqca vacibdi.

Tədbirin aparıcısı Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev bildirdi ki, "Gənc Politoloqlar Mərkəzi 1998-ci ildə yaranmışdır. Keçən müddət ərzində təşkilatımız bir çox layihələr həyata keçirmiş, gənclərimiz bu gün də dövlətçilik, milli-mənəvi dəyərlər və hərbi-vətənpərvərlik tərbiyəsində aktiv iştirak edirlər. Bu müddət ərzində dövlət və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edərək, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun ayırdığı qrant layihələri əsasında Respublikamızın ərazisində bir çox layihələr həyata keçirmişik".

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyev həm İsveçdən və Amerikadan gələn qonaqları salamladı və bu görüşün hər iki dövlətlər arasında tarixi əhəmiyyətindən danışdı. Natiq vurğuladı ki, İsveçdən gələn 25 nəfər gənc Azərbaycanın görməli yerləri ilə tanış olacaqlar, gənclərimizlə əlaqələri daha da genişlənəcəkdir. İnanıram ki, onlar respublikamızda daha dərindən tanış olduqdan sonra gənclərin hər birində ölkəmizlə bağlı xoş təəsüratlar yaranacaqdır".

Daha sonra çıxış üçün söz “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə verildi. O çıxışında bildirdi: “Azərbaycan multikultural dəyərlərə söykənən bir dövlətdir. Ölkəmiz qədim tarixə malik olsa da, 1991-ci ildə müstəqilliyini bərpa edib. Ümummilli lider Heydər Əliyev Azərbaycanı güclü dövlətə çevirib. Məhz 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanı bütün dünyaya tanıtdı.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf dövrünü yaşayır. Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi Avropa ilə Asiyanı birləşdirən iqtisadi gücə malik layihədir. Əsrin müqaviləsinin 50 il yenidən uzadılması ölkəmizin qüdrətini daha da artırır. Azərbaycanın zəngin nefti və qazı Avropaya nəql olunur. Bu sahədə gənclərimizin bir-biri ilə sıx əlaqə yaratmağı tarixi əhəmiyyət kəsb edir”.

İsveçdə yaşayan Türk kökənli Siyavuş Derakhti çıxışında qeyd etdi: "Mən Azərbaycana ilk dəfə gəlirəm. Və özümlə bərabər 25 nəfər İsveçli gəncləri də gətirmişəm. Bu gənclər Azərbaycanın təbiəti, mədəniyyəti, mətbəxi ilə tanış olacaqlar. Bu ölkənin geniş turizm potensialının olduğunu öz gözləri ilə görəcəklər. Mən 2015-ci ildə Amerikaya dəvət olunmuşam, ABŞ-ın keçmiş prezidenti Obama ilə görüşlərim olub və o ölkənin medalını almışam. Bizim məqsədimiz bütün dünyada sülhün bərqərar olmasıdır".

Amerikadan gəlmiş vəkil Todd Belcore vurğuladı: "Amerikada Azərbaycan haqqında kifayət qədər məlumat var. Biz Azərbaycan prezidenti İlham Əliyevi çox yaxşı tanıyırıq. Ölkəniz neft ölkəsi kimi bütün dünyada tanınır. Biz hər zaman sizinlə istər ticarət, istərsə də turizm sahəsində əlaqə saxlamağa hazırıq. Azərbaycanın flora və faunası zəngindir. Təbiəti də gözəldir. Bakı səliqə-səhmanı və təmizkarlığı ilə məni valeh etdi".

Daha sonra İsveçdə yaşayan və bu layihəyə dəstək verən Cavad Derakhti bildirdi: "Mən bura qonaq kimi gəlmişəm. Bilmək istəyirəm ki, burada gənclər nə iş görürlər. Mən istərdim ki, İsveçin ən güclü universitetləri ilə Azərbaycan universitetləri arasında əlaqə yaransın".

Tədbirdə Millət vəkili Aydın Mirzəzadə geniş və əhatəli çıxışı zamanı Azərbaycanın qədim, tarixi kökə malik, multikultural dəyərlərindən, günü-gündən inkişaf etməsindən bəhs etdi.

Sonra “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında qeyd etdi: "Hələ 1918-ci ildə Azərbaycan Cumhuriyyəti yaranarkən cəmi 23 il yaşamasına baxmayaraq qadın azadlığı, onların hüquqlarının qorunması haqqında ilk dəfə

parlamentdə qərar qəbul edilmişdir. 1875-ci ildə Azərbaycanda ilk mətbuat orqanı olan "Əkinçi" qəzeti işıq üzü görmüşdür".

İsveçdən gəlmiş məsul şəxs Səttar Sevgin bildirdi: "Güney Azərbaycanlı kökənliyəm. 10 milyon əhalisi olan İsveç gəncliyə önəm verən bir ölkədir. Və mən çox sevinirəm ki, İsveçdə Siyavuş kimi gənclərimiz var. Biz bu ölkədən çox şey öyrənmişik".

Şair Əli müəllim geniş və əhatəli çıxışında qeyd etdi: " Azərbaycan ötən əsrdə öz qapılarını ilk dəfə Nobel qardaşlarına açmışdır. Azərbaycanın neftinin sayəsində Nobel qardaşları varlanmış və mükafat təsis etmişlər. Çox təəssüflər olsun ki, indiyənə qədər bu mükafat heç bir Azərbaycanlıya qismət olmayıb. Azərbaycan şairi Şeyx Nizami Gəncəvinin əsərləri bütün dünyaya yayılmışdır və ondan da əvvəl Azərbaycanda Dədə Qorqud abidələri ölkəmizin qədim tarixə malik olduğunu sübut edir".

İsveçdə yaşayan Kriston Norden iftixarla bildirdi: "5 dəfə Azərbaycanda olmuşam. Qarabağla bağla göstərilən video roliki ürək ağrısı ilə izlədik. Bu konfiliktlə bağlı dünyada çox məlumat yoxdur. Düşünürəm ki, bu məsələni dünya gəncləri arasında müzakirə etməklə Azərbaycanın haqq işini bütün dünyaya çatdırmalıyıq. Mən bu ölkədə qonaqpərvərliyin, mehribançılığın şahidi olmuşam. Üç aydan sonra Azərbaycanlı gəncləri İsveçə dəvət edəcəyik. Tədbirdə Çingiz Bayramov, Emil Vəliyev və Skandinaviya ölkələrindən gələn qonaqlar maraqlı çıxışlar etdilər və konfransın tarixi əhəmiyyətindən danışdılar.

Konfransda Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasəti, ölkəmizdə mövcud olan dini tolerantlıq və multikulturalizm mühitini, aparılan uğurlu iqtisadi, siyası və hüquqi islahatların, eləcə də gənclər siyasətinin, Dağlıq Qarabağ probleminin mahiyyətini və danışıqlar prosesinin gedişini İsveç Krallığında yaşayan gənclərə çatdırmaq məqsədi ilə 2018-ci il oktyabrın 28-dən noyabrın 4-nə qədər 20-dən artıq gənclər təşkilatçılar tərəfindən Azərbaycan Respublikasına dəvət olunmasını yüksək qiymətləndirmiş və belə tədbirlərin keçirilməsini dəstəklədiklərini bildirmişlər.

Tədbirdə Azərbaycanın və xarici ölkələrin media nümayəndələri iştirak etdilər. Daha sonra qonaqlar şirniyyat süfrəsinə dəvət olundular.

Bu müddət ərzində qonaqlar Azərbaycanın görməli yerləri ilə də tanış olacaqlar.

Rauf İlyasoğlu

 

 

Skandinaviyalı gənclər Azərbaycanda

 

Skandinaviyalı gənclər Azərbaycanda

 

Skandinaviyalı gənclər Azərbaycanda

 

Skandinaviyalı gənclər Azərbaycanda

 

Skandinaviyalı gənclər Azərbaycanda

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ