SON DƏQİQƏ
» » Banka saxta dollar satan əcnəbi dəstəyə AĞIR CƏZA

Banka saxta dollar satan əcnəbi dəstəyə AĞIR CƏZA

Tarix:

29-10-2018, 15:30

/ 10 315 dəfə oxundu.
Banka saxta dollar satan əcnəbi dəstəyə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta əskinas satmaqda təqsirləndirilən Çin vətəndaşları Chen Vonq Lin, Lin Zhi Fanq və Rusiya vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GunAz.az trend -ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən "Rabitə Bank"ın "Yasamal" filialında külli miqdarda saxta dolları dəyişmək istəyərkən saxlanılıblar. Təqsirləndirilənlər saxta 18 900 ABŞ dolları olan əskinazları dəyişmək istəyərkən tutulublar.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

скачать dle 12.1

Şərhlər