SON DƏQİQƏ

Metro və avtobuslarda gediş haqqı artırılır

Tarix:

25-10-2018, 13:58

/ 10 427 dəfə oxundu.
Metro və avtobuslarda gediş haqqı artırılır

Rusiyada metro, avtobus və digər ictimai nəqliyyatda gediş haqlarının qiyməti qaldırıla bilər. 

GunAz.az sonxeber.az -a istinadla xəbər verir ki, bu təkliflə Rusiya Nəqliyyat Nazirliyi çıxış edib.

Nazirlik günorta saatlarında ictimai nəqliyyatda gediş haqqının qiymətinin ucuzlaşdırılmasını, pik saatlarında (sərnişinlərin çox olduğu vaxt) isə bahalaşdırmağı təklif edir.

Nazirlikdən hesab edirlər ki, bu addım günorta saatlarında sərnişin azlığı problemini həll edəcək, eyni zamanda sərnişinlərin səhər və axşam vaxtlarında axınını qismən azaldacaq.
Məsələ ilə bağlı konkret qiymət dəyişikliyi hazır deyil. Lakin bu təklifdən evdar qadınların, çevik iş qrafiki olan işçilərin və pensiyaçıların qazanacağı güman edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ