SON DƏQİQƏ

Bu gün hava necə olacaq?

Tarix:

22-10-2018, 12:43

/ 10 290 dəfə oxundu.
Bu gün hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 22-si gündüz saatlarında gözlənilən hava şəraiti açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 21-24 dərəcə isti təşkil edəcək.

Bölgələrdə də bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 22-27, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər