SON DƏQİQƏ
» » Yuxu zamanı insan bədənində baş verən 10 mühüm dəyişiklilk

Yuxu zamanı insan bədənində baş verən 10 mühüm dəyişiklilk

Tarix:

16-10-2018, 08:00

/ 10 465 dəfə oxundu.
Yuxu zamanı insan bədənində baş verən 10 mühüm dəyişiklilk

İnsan həyatın təxminən 1/3 hissəsini yuxuda keçirir. Yuxu həyati vacibdir.

Yuxunun az olması insan sağlamlığına çox ciddi ziyan vurur, bir çox xəstəliklərin, o cümlədən ürək-damar, sinir sistemi, xərçəng xəstəliklərinin riskini artırır. Yuxu zamanı orqanizm həm dincəlir, həm də bərpa olunur, orqanizmdə çox vacib proseslər gedir.

1. Qan dövranı və ürək ritmi yavaşıyır, ürək və damarlar "dincəlir". Xroniki yuxusuzluq, yuxunun az olması ürək və damarları həddindən artıq yükləyir ki, bu da ürək və damarlar xəstəliklərin riskini artırır.

2. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yuxu zamanı arterial təzyiq 5-7 mm c.st. aşağı düşür. Bu səbəbdən yuxunun normal olması hipertoniyanın profilaktikasında mühüm rol oynayır. 

3. Eşitmə "işləyir", iybilmə "yatır". Məhz buna görə istənilən güclü səs insan oyada bilər, lakin əksər hallarda yatan insan hətta çox kəskin iyə oyanmır.  

4. Onurğa sütunu düzəlir, fəqərə arası disklər dartınır və düzgün vəziyət alır. Bu səbəbdən insanın boyu səhər saatlarında axşamla müqayisədə 0,5-1 sm daha hündürdür.

5. İnsan arıqlayır. Yuxunun kifayət qədər olması piylənmənin profilaktikasında böyük rol oynayır.

6. Dəri cavanlaşır. Kollagenin sintezi artır, oksigen mübadiləsi aktivləşir, dəri hüceyrələrinin yenilənməsi prosesləri stimullaşır, dərinin rəngi yaxşılaşır, kiçik qırışlar hamarlanır.

7. Stress hormonların səviyyəsi azalır. Bu isə həm sinir, həm immun, həm də ürək-damar sistemlərinin sağlamlığı üçün olduqca vacibdir.   

8. İmmun sisteminin fəaliyyəti aktivləşir, immun hüceyrələrinin sintezi artır. Məhz bu səbəbdən həkimlər xəstə insana daha çox yatmağı və dincəlməyi tövsiyə edirlər.

9. Beyin gün ərzində qəbul etdiyi məlumatları sistemləşdirir. Yuxu beyinin normal fəaliyyəti üçün çox vacibdir.  

10. Cinsiyyət hormonların ifrazı artır. Bu səbəbdən yuxunun az olması kişilərdə potensiyanı və libidonu azaldır.

скачать dle 12.1

Şərhlər