SON DƏQİQƏ

DİQQƏT - Bu yollarda rəngləmə aparılacaq

Tarix:

9-10-2018, 12:52

/ 10 316 dəfə oxundu.
DİQQƏT - Bu yollarda rəngləmə aparılacaq

Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda rənglənmə işləri aparılcaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az -a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-133 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin yolun 16-30 və 50-65 -ci kilometrlik hissələrində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

скачать dle 12.1

Şərhlər