SON DƏQİQƏ
» » DYP-dən yük avtomobillərinin sürücülərinə müraciət

DYP-dən yük avtomobillərinin sürücülərinə müraciət

Tarix:

4-10-2018, 17:55

/ 10 336 dəfə oxundu.
DYP-dən yük avtomobillərinin sürücülərinə müraciət

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə müraciət edib.

DYP-dən GunAz.az-a verilən məlumata görə, Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli, 1 Nömrəli Qərarına əsasən paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksiumum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində oktyabrı ayının 1-dən may ayının 1-dək səhər saat 07:30-dan axşam 20:00 -dək məhdudlaşdırılıb. 

Baş Dövlət Yol Polisi İdarəsi idarə, müəsissə, və fiziki şəxslərə məxsus kütləsi 5 tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsüyyə edir ki, yollarda hər hansı problemlə üzləşməmələri üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər .

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ