SON DƏQİQƏ
» » Nazirin göstərişi ilə 2 azyaşlı əməliyyat olundu

Nazirin göstərişi ilə 2 azyaşlı əməliyyat olundu

Tarix:

2-10-2018, 11:03

/ 10 242 dəfə oxundu.
Nazirin göstərişi ilə 2 azyaşlı əməliyyat olundu

Dünən Binədə baş verən dəhşətli qəzada xəsarət alan 2 azyaşlı əməliyyat olunub.

GunAz.az xəbər verir ki, bu barədə "Ölkə.Az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

O bildirib ki, qəzada xəsarət alan 2 azyaşlı səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə dərhal əməliyyat olunub və hazırda onların vəziyyəti stabildir.

Qeyd edək ki, ötən gün Binə-Koroğlu istiqamətində hərəkətdə olan 160 saylı marşurut xətti ilə içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan yük qatarının yoluna çıxıb. Bu zaman yük qatarı avtobusu vurub. Qəza nəticəsində 1 azyaşlı ölüb, azı 34 nəfər xəsarət alıb.

скачать dle 12.1

Şərhlər